Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


“Hamiləlikdə İnkişaf Portalı” (HİP) “Mama Fest 2” tədbirinin tərəfdaşı olub

21 sentyabr tarixində Bakı Biznes Mərkəzində “Mama Fest – 2” tədbiri keçirilib. Tədbir bu sahədə fəaliyyət göstərən şirkətlər, analar və ana olmağa hazırlaşan xanımları bir araya toplamaqla, iştirakçılara maraqlı həftə sonu yaşadıb.

Tədbirdə “hamiləlik dövründə düzgün qidalanma”, “hamiləlik zamanı idman”, “hamilə qadınlar üçün düzgün geyim seçimi və uyğun məkanlar”, “yeni doğulan körpəyə "düzgün" yanaşma” və.s. mövzularda geniş məlumatlar təqdim olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.

Qadınlara dəstək olaraq hazırlanan bu layihənin ideyası “Bulud startapı”-nın yaradıcısı Cəmilə Zeynalovaya məxsusdur. “Bulud” doğuma hazırlaşan xanımlar üçün xəstəxanaya hazır çanta xidmətini təklif edir. Tədbirim təşkilinə əl işlərinin satışı ilə məşğul olan, “Handicraft Baku” şirkəti köməklik göstərmişdir.  

Festivalın digər vacib məqamlarından biri bu sahədə fəaliyyət göstərən şirkətlər üçün ayrılmış xüsusi stendlər idi. Müxtəlif əl işləri, uşaqlar üçün sağlam qidalar və geyimlərin əks olunduğu stendlər arasında eyni zamanda bu sahədə fəaliyyət göstərən təşkilatların stendləri də təqdim olunmuşdur.

Mama Fest 2 – nin bu ilki yeniliklərindən biri də “Hamiləlikdə İnkişaf Portalı”nın tədbirin tərəfdaşı olması idi. Tədbirdə “Hamiləlikdə İnkişaf Portalı” haqqında iştirakçılara geniş məlumat təqdim edilmişdir.

Hamiləlikdə İnkişaf Portalının rəhbəri Ülviyyə Əkbərova öz çıxışında portalın fəaliyyət istiqamətləri, hamilə xanımlar üçün yaratdığı imkanlar və mövcud yeniliklər haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, reproduktiv sağlamlıq, təhlükəsiz analıq, ailə planlaşdırılması mövzularında sosial şəbəkələrdə yerləşdirilmiş məlumatlar bir-birindən fərqli olduğundan və Azərbaycan dilində yetərincə məlumat olmadığından, portal hazırda qadınlara azərbaycan dilində etibarlı mənbələrdən düzgün məlumatlar əldə etməyə imkan yaradır.