Hansı qida məhsulları məsləhət deyil?
- Tərkibində aşağı keyfiyyətli, rəfinə olunmuş karbohidratlar olan qida məhsulları – un məmulatları, təmizlənmiş, cilalanmış düyü, şəkər
- Pasterizə olunmamış çiy süd və belə süddən hazırlanmış, termik işləmədən keçməmiş qida məhsulları: çiy süddən hazırlanmış bərk pendirlər, yumşaq pendirlər (kamamber və bri). Bu məhsullarda, bişməmiş tərəvəzlərdə listeriyalar ola bilər.
- Çiy və ya kifayət qədər qaynadılmamış və ya qızardılmamış yumurta, salatlar üçün tərkibində mayonez olan souslar, hazırlanması üçün bişməmiş yumurta istifadə olunan sous və şirniyyat – salmonellalar ola bilər.
- Çiy və ya kifayət qədər qızardılmamış ət: xüsusilə donuz əti, çiy ətdən hazırlanmış kolbasa (salyami), çiy çəkilmiş ət və s. – toksoplazmalar ola bilər.
- Hisə verilmiş ət məmulatları
- Hazır salat və delikateslər–tərkibində bakteriyalar ola bilər
- Ciddi vegetarian qida–orqanizm zülallarla, B12 vitamini, kalsium, dəmir və sinklə kifayət qədər təmin olunmurlar.
- Tərkibində şəkər səviyyəsi yüksək olan sərinləşdirici içkilər. Kakao və şokolad məhdud dərəcədə. Gündəlik qəbul olunan şəkər səviyyəsi 40 qramdan çox olmamalıdır.
- Tərkibində xinin olan limonadlar:
- Tərkibində kofein olan içkilər: kofe, kola, energetik içkilər, qara çay
- Şəkər əvəzediciləri: saxarin, aspartam