Hamilələrin xolestazı


Hamiləlik dövründə qadınların əksəriyyətinin dərisində dəyişikliklər qeyd olunur. Çoxsaylı piqment ləkələri əmələ gəlir, qaşınma, dəri səpkiləri qeyd olunur. Bu əlamətləri yaradan səbəbi müəyyən etmək vacibdir. Bu, dəri xəstəliyi də ola bilər, orqanizmin hamiləliyə cavab reaksiyası da. Bundan başqa qeyd olunan əlamətlər qaraciyərlə əlaqəli problemlərin təzahürü də ola bilər. Hamilələrin xolestazı qaşınma və qaraciyərdə patoloji dəyişikliklərlə müşayiət olunur. Döl üçün təhlükəli ola bilər. Ona görə də qeyd olunan əlamətlər müşahidə olunduqda həkiminizə müraciət edin. Yerli müalicəyə ( qlükokortikoid tərkibli məlhəm, losyonlar) üstünlük verilir. Hamilələrin xolestazı zamanı ursodezoksixol turşusunun qəbulu ananın vəziyyətini yaxşılaşdırmaqla yanaşı dölün sağlamlığı baxımından riski də nəzərəçarpacaq dərəcədə azaldır.
Hamilələrin xolestazı
Hamilələrin qaraciyərdaxili xolestazı əsasən hamiləliyin 25-ci həftəsindən başlayaraq qeyd olunur. Xəstəlik güclü qaşınma ilə müşayiət olunur və qaraciyərə də təsir göstərir. Qarın nahiyəsində, ətraflarda güclü qaşınmaya səbəb olan qırmızımtıl və ya dəri rəngində ayrı-ayrı düyünlər yaranır. Qaşıdıqda yerində izi qala bilər.
Vitamin B və ursodezoksixol turşusunun qəbulu, ultrabənövşəyi şüa qadının vəziyyətini yüngülləşdirir.
Xəstəliyin səbəbi qanda öd turşularının səviyyəsinin yüksəlməsidir. Müəyyən səviyyədən sonra öd turşuları dölün inkişafına mənfi təsir göstərir. Hamləliyin sonuna qədər müvafiq müayinələrdən keçməklə nəzarətdə olmaq vacibdir.
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma